Ubuntuda proqram necə yükəyə bilərəm?

+1 səs
26 baxış
Soruşdu May 23 İstifadəçi: xaliq (190 xal)
Redaktə edildi May 23 İstifadəçi: xaliq
Salam. Mən bu əməliyyat sisteminə keçmək istəyirəm. Lakin proqram barədə biraz tərəddüd edirəm. Ümumiyyətlə məlumat versəniz minnətdar olaram.
    

1 cavab yazılıb

+1 səs
Cavblandırdı May 23 İstifadəçi: elvin (1,010 xal)
Ən yaxşı cavab kimi seçildi May 23 İstifadəçi: xaliq
 
Yaxşı cavab

Salam Xaliq. Bizim saytda sual verdiyiniz üçün təşəkkür edirik. Ubnutu tam pulsuz və təhlükəsiz linux sistemidir. Əlbətdə populyar olan Windows sistemi kimi geniş proqram təminatı və funksionallığı yoxdur lakin, dayanaqlıq və stabilliyi ilə əvəz olunmaz sistemdir. 

Ubuntunun daxilində standart olaraq müəyyiyən proqramlar vardır. Məsələn  LibreOffice, video və audio pleyerlər, Mozilla brouzeri və s.

Birdə bu sistemin ən böyük avantaji odur ki, sistemi qurandan sonra əlavə driverləri quraşdırmaq lazım deyildir.

Şərh yazdı May 23 İstifadəçi: xaliq (190 xal)
Salam Elvin bəy. Çevik cavabınız üçün sizə təşəkkür edirəm. Daha ətraflı öyrənib mənə uyğun olub olmamasını yoxlayacam.
Ubuntu Azərbaycan səhifəsinə xoş gəlmisiniz. Ubuntu sistemi ilə bağlı bütün suallarınızı bizə ünvanlayın və ən dolğun cavabı Azərbaycan dilində əldə edin.

...