Ubtuntunu noutbuka necə quraşdırım?

+1 səs
50 baxış
Soruşdu May 26 İstifadəçi: cabir

Mənim noutbookumun paramaetrləri aşağıdaki kimidir. Mən Ububuntu sistemini necə quraşdıra bilərəm?

İntell- Core i7 - 3.40 Ghz
RAM :8 GB
Video kart : NVIDIA GeForce - 2 GB -128 bit 
Hard disk - 1 TB 1000 GB 
 

    

1 cavab yazılıb

0 səs
Cavblandırdı May 27 İstifadəçi: elvin (1,010 xal)
 
Yaxşı cavab

Cabir Salam. Ubntunu noutbook-a quraşdırmaq olduqca asandır. İlk öncə dəqiqləşdirək siz hansı üsulla quraşdırmaq istəyirsiniz: USB fləş daşıyıcı və ya DVD disk ilə? Əgər disk ilə sizə asandırsa o zaman sadəcə Ubuntunun Disk üzünü bizim saytdan yükləyin və DVD disk yazanla (Ashampoo, Nero, CD-DE Extractor və s.) diskə yazıb komputerinizi Ubuntu DVD-isi ilə yenidən başlada bilərsiniz.

USB ilə quraşdırmaq:

  1. İlk öncə Rufus proqramını komputerinizə yükləyin: Rufus Official 
  2. Quraşdırmaq istədiyiniz Ubuntu versiyasını bizim və ya rəsmi saytdan yükləyin: Bizim Saytdan və ya Ubuntu Canonical.
4GB həcmindən az olmayan USB fləş yaddaşı komputerə taxin, sonra Rufus proqramını başladın və aşağıdakı şəkildəki kimi edin:
Başlamaq üçün isə Start düyməsini sıxın.
Diqqət: Əmin olun ki, fləş yaddaşında vacib məlumatlar qalmamışdır. Əks təqdirdə siz onları tamamilə itirəcəksiniz.

https://www.youtube.com/watch?v=TkKSyGjOdeY 

Ubuntu Azərbaycan səhifəsinə xoş gəlmisiniz. Ubuntu sistemi ilə bağlı bütün suallarınızı bizə ünvanlayın və ən dolğun cavabı Azərbaycan dilində əldə edin.

...