Ubuntu Azərbaycan

Ubuntu, Debian əsaslı, quraşdırma və istifadə rahatlığı, həmçinin stabil buraxılış yüksəltmələrilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.-nin sponsorluğu ilə yoluna davam edir. Ubuntu-nun hədəfi ev istifadəçilərinin belə asanlıqla quraşdıra biləcəyi asan, sürətli, pulsuz, güclü və açıq bir əməliyyat sistemi təqdim etməkdir.

Ubuntu, Zulu dilində; “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, xoş niyyətli” olmaq kimi insani dəyərlərin əsas alındığı bir dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) devizi olan Ubuntu, Debian-dan fərqli olaraq hər 6 ayda bir yeni buraxılış təqdim edir; hər buraxılış üçün 18 ay dəstək verir. Həmçinin 3 il Masaüstü və 5 il Server sistem dəstəyi təklif edən Uzun Müddətli Dəstək (Long Term Support, LTS) buraxılışları müəyyən müddətlərdə stabil şəkildə çıxır.

Ubuntunun tarixçəsi haqqında Azərbaycan dilində daha ətraflı məlumat almaq istəyirsinizsə bu linkə klik edin: www.ubuntu-az.org

Ubuntu bir əməliyyat sistemi olaraq Open Source olması onun digər kommersiya xarakterli əməliyyat sistemlərindən daha azad və daha təhlükəsiz edir. Sistemin nüvəsindən tutmuş hər hansı proqramına kimi asanlıqla dəyişikliklər etmək mümkündür. Bu fəlsəfə ilə yaşayan Ubuntu icması ətrafına daha çox insan toplamaqdadır.

Biz, Azərbaycan dilində danışan və Ubuntunu sevib və inkişafı üçün öz töhvəsini verən hər kəs, olaraq bu layihəni istərdik daha çox inkişaf etdirək və insanlara Ubuntu ilə bağlı daha çox məlumat verək. Saytın fəaliyyəti dövründə biz maksimum çalışacağık ki, tək bu sistem haqqında deyil, həmçinin Linux haqqında maksimum məlumatları bir arada toplaya bilək. Bunu etmək üçün isə, bizə əsl entuziast administratorlar, tərtibatçılar və ən sadə Ubuntu sevərlər lazımdır.

Layihə heç vaxt kommersiya xarakteri daşımayacaq və səhifələrimizdə bir ədəd reklam xarakterli blok belə olmayacaqdır.

  • Elon Maska aid olan SpaceX şirkəti özünün milyard dollarlıq layihələrinin tərtibatını Linux üzərindən həyata keçirdir. Bu sistemin unikallığı onun dayanaqlılığından və sadəliyindən irəli gəlir.
  • ABŞ-ın hava nəqliyyatının idarəetmə mərkəzi linux sistemi uzərindən işləməkdədir. Buna səbəb isə, ən gözlənilməz anlarda sistem həmişə gözlənilən efektləri verir.
  • İnsternet Arxivi minlərlə x86 serverlər və həmən serverlərdəki linux sistemi üzərində işləyir. Siz indi hesab edin orada olan məlumatın həcmini 8-o
  • Beynəlxalq kosmik stansiyada Windows-la paralel olaraq Linux sistemi ilə də çalışan bir çox cihazlar vardır. Yaxın zamanda bütün cihazları ən etibarlı sistem olan Linuxa keçirəcəkləri haqqında məlumat yaymışdılar.
  • NASA-nın Curiosity Rover robotu Mars üzərində hərəkətini və onun uzaqdan idarə olunmasını Linux komputerləri təmin edir.
  • Ən inanılmaz faktlardan biridə odur ki, Hollywood belə öz animasiyalarını Linux ilə qaynaqlanan super komputerlərin üzərində həyata keçirir!

Uzun sözün qısası bütün super komputerlər, pulsuz, açıq qaynaqlı, ən təhlükəsiz və rahat sistem olan Linux üzərində çalışırlar.

2018-04-17

2018-04-08

2018-04-12

2018-04-08

  • Son dəyişiklər: 2018/04/08 14:12
  • Kimdən elvin