Ubuntunun Fləş yaddaşa yazılması

Ubuntu əməliyyat sistemini çox asanlıqla USB fləş yaddaşına yazmaq mümkündür. İlk öncə Windows-da bootable Fləş yaratmaq üçün Rufus proqramını yükləmək lazımdır. Portable versiyasını yükləməyi məsləhət görərdim. Çünkü portable olan Rufus proqramı sistemdə heç bir dəyişiklik etmədən çox asanlıqla işə salınır.

  1. İlk öncə sistemi yükləyəcəyiniz fləş qurğusunu komputerinizə taxın. Unutmayın ki, həmən fləşdən olan bütün fayllar silinəcəkdir.
  2. Rufus proqramını işə salın və müvafiq sahədə fləş qurğusunun seçildiyinə əmin olun
  3. Fləş yaddaş seçildikdən sonra İSO faylını komputerinizdən seçin və Start düyməsini sıxın.
  4. Əmin olun ki, seçilmiş iso fayl məhs sizin quraşdırmaq istədiyniz sistem olsun.

Vəssalam. Komputeri fləş yaddaş ilə yenidən başlatın və Ubuntu sisteminiz işə düşəcəkdir.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilərlər.
  • Son dəyişiklər: 2018/04/17 10:54
  • Kimdən elvin