ls - bu əmr cari kataloqda olan fayl və kataloqları göstərmək üçün istifadə edilir

Sintaksisi

ls [PARAMETR]... [FAYL]...

Parametrləri
  • -a, --all = istifadəçiyə gizli olan və . (nöqtə) ilə işarəli faylları göstərmək
  • -i, --inode = hər bir fayl və qovluğun index nömrəsini ekrana çıxartmaq
  • -l= fayl və qovluqları siyahı kimi göstərmək
  • -Q, --quote-name = fayl və qovluqların adlarını cüt dırnaq içində yazılışı
  • -R = rekursiv olaraq bütün alt qovluqları ekrana çıxardır
  • -S = faylın həcminə görə çeşidləmək. Böyük həcmli fayllar birinci gələcək.
  • -t = redaktə edildiyi tarixə görə çeşidləmək. Son redaktə olunanlar birinci gələcək.
  • -X = əlifba sırası ilə bütün fayl və qovluqları sıralayır
Müəllifi

Richard M. Stallman və David MacKenzie tərəfindən yazılıb.

Müəlliflik hüquqları

Copyright © 2016 Free Software Foundation, Inc. License GPLv3+: GNU GPL version 3 or later http://gnu.org/licenses/gpl.html

Bu məqaləyə şərh yazılmayıb. İlk şərhi siz yazın.
Aşağıdakı formadan istifadə edərək məqaləyə şərh yazın