Ubuntu-da terminal əmri üçün qısa yolun hazırlanması

Terminal proqramçılar üçün əvəzolunmaz bir alətdir. Lakin bəzən elə olur ki, uzun əmrləri yazmalı oluruq. Ona görədə Ubuntu və ya Debian əməliyyat sistemlərində uzun əmrləri qısa yazmaq üçün alias və ya qısayol kimi ifadə etmək mümkündür.

Deyak ki, belə bir əmrimiz var: sudo apt-get update && sudo apt-get upgrade. Bunu terminalı açdıqda bircə sözlə ifadə etmək istəyirik. Məslən: yenilə.

1. Terminalı açırıq

Adətən terminalı tez çağırmaq üçün Ctrl + Alt + T düymələrini sıxırıq və ya axtarişa term yazmaq kifayətdir.

2. Qısayolun yaradılması

Bu addımda iki yol vardır: yalnız cari istifadəçilər üçün və ya bütün istifadəçilər üçün.

2.1.Yalnız cari istifadəçi üçün

Terminalda bu əmri daxil edin: gedit ~/.bash_aliases

Və bu aliası faylın ən sonuna yapışdırın:

alias yenile='sudo apt-get update && sudo apt-get upgrade'

Faylı yaddaşa verdikdən sonra bağlayın və yeni terminal çağıraraq yenile sözünü yazın.

2.2. Bütün istifadəçilər üçün

Terminalda bu əmri daxil edin: sudo gedit /etc/bash.bashrc

Və bu aliası faylın ən sonuna yapışdırın:

alias yenile='sudo apt-get update && sudo apt-get upgrade'

Vəssalam! Artıq Ubuntu və ya Debianda uzun əmrlərə necə alias verilməsini bildiniz. Əgər digər Linux distributivlərdə bu proses fərqlidirsə, lütfən aşağıdakı şərh bölməsindən məqalənin altından paylaşın.

Bu məqaləyə şərh yazılmayıb. İlk şərhi siz yazın.
Aşağıdakı formadan istifadə edərək məqaləyə şərh yazın