SWAP yaddaşın artırılması

Swap əməliyyat sisteminin əlavə RAM olaraq istifadə edə biləcəyi kompüterinizdəki xüsusi bir sahədir. Ubuntu 17.04-dən başlayaraq, swap bölməsi swap faylı ilə əvəz olundu. Və swap faylının əsas üstünlüyü onun asanlıqla ölçüsünün dəyişdirilməsdiri.

Aşağıdakı misalda biz 4Gb swapfile-ını 8Gb kimi artıracayıq.

1) İlk öncə swap prosesini söndürək

sudo swapoff -a

2) Swapın həcmini dəyişək

sudo dd if=/dev/zero of=/swapfile bs=1G count=8

if = daxil olan fayl of = çıxış faylı bs = blok ölçüsü count = blokların multiplikatoru

3) İstifadəyə yararlı swap hazırlayaq

sudo mkswap /swapfile

4) Swap faylını işə salaq

sudo swapon /swapfile

5) Mövcud swap miqdarını yoxlayaq

grep SwapTotal /proc/meminfo

Imgur

Bu məqaləyə şərh yazılmayıb. İlk şərhi siz yazın.
Aşağıdakı formadan istifadə edərək məqaləyə şərh yazın