Ubuntu-da Virtual Hostu XAMPP ilə necə quraşdırmalı

Xampp-da virtual hostların istifadəsi birdən çox veb saytın lokal komputerdə kodlaşdırılması üçün geniş istifadə edilən təcrübdəri.

Virtual hostlar İP əsaslı olduğundan siz bir sadəcə İP-ni brouserə yazdığınız təqdirdə bir bağlantı etmiş olursunuz. Lakin hostinqlərdə bir İP olmasına baxmayaraq minlərlə saytlara daxil olmaq mümkündür. Bunu bacaran Virtual Hostudr. Bu məqalədəd biz lokal maşında 10-larla layihələrin hərəsinin öz url ilə açmağa çalışacağıq.

1.Xüsusi virtual hostların istifadəsinə icazə verin

Susmuş halda Ubuntu-da xampp httpd-vhosts.conf faylını istifadə etmir. Lakin məsələni həll etmək üçün onu httpd.conf faylında aktivləşdirməliyik. Bunun üçün ilk öncə aşağıdakı əmri terminal-da daxil edək:

sudo gedit /opt/lampp/etc/httpd.conf

İndi isə açılmış faylda 487-ci sətrə doğru aşağı düşün. Aşağıdakı iki sətr bizi maraqlandırır:

# Virtual hosts
#Include etc/extra/httpd-vhosts.conf

Gördüyünüz kimi httpd-vhosts.conf yazısı # işarəsi ilə şərh halındadı. Onun önündən işarəni götürüb faylı yaddaşa veririk:

# Virtual hosts
Include etc/extra/httpd-vhosts.conf
2.Sistemin host faylına öz domenimiz əlavə edək

Bu addımda siz layəniz üçün bir domen adı fikirləşib onu sistemin xüsusi faylı olan host faylında qeyd etməlisiniz. Aşağıdakı əmri terminala daxil edin:

sudo gedit /etc/hosts

Açılmış faylda 127.0.0.1 localhost ünvanının həmən altında ilk öncə 127.0.0.xx ardıcıllıqda istənilən ip ünvanı yazıb və ardınca isə domen adınız yazın. Bizim isxtiyari domenimiz olacaq menimlayihem.az:

127.0.0.1   localhost
127.0.0.5   menimlayihem.az

#don't touch other existent values
# The following lines are desirable for IPv6 capable hosts
::1     ip6-localhost ip6-loopback
fe00::0 ip6-localnet
ff00::0 ip6-mcastprefix
ff02::1 ip6-allnodes
ff02::2 ip6-allrouters

Faylı yaddaşa verməyi unutmuruq!

3.İlk Virtual Hostumuzu yaradırıq

Bunun üçün yenə terminalda aşağıdakı əmri daxil edirik:

sudo gedit /opt/lampp/etc/extra/httpd-vhosts.conf

Açılmış faylın içinə aşağıdakı kodu kopyalayırıq. Əgər fikir verdinizsə, burada biz ip ünvanını daxil etdik və layihəmizin yerləşdiyi qovluğu göstərdik:

<VirtualHost 127.0.0.5:80>
  DocumentRoot "/opt/lampp/htdocs/menimlayihem"
  DirectoryIndex index.php

  <Directory "/opt/lampp/htdocs/menimlayihem">
    Options All
    AllowOverride All
    Require all granted
  </Directory>
</VirtualHost>

Siz faylı yaddaşa verməklə ilk virtual hostunuzu yaratmiş oldunuz. İndi isə bunu mütləq yuxlamaq lazımdır.

4.Virtual hostun yoxlanışı

Hostumuzun işlədiyinə əmin olmaq üçün, ilk öncə layiməzin yerləşdiyi qovluğa keçərək (/opt/lampp/htdocs/menimlayihem) bir ədəd index.php faylı yaradırıq və aşağıdakı kodu ora köçürüb yaddaşa veririk:

<?php
    echo "Hello world!";
?>

XAMPP işə salırıq. Əgət XAMPP-ın GUİ-sindən istifadə etmirsinizsə, o zaman aşağıdakı əmri daxil edərək işə sala bilərsiniz:

sudo /opt/lampp/lampp start

Əgər hər bir addım düzgün edilibsə, siz brauzerdə menimlayihem.az ünvanına daxil olaraq Hello world! yazısını görəcəksiniz.

Bu məqaləyə şərh yazılmayıb. İlk şərhi siz yazın.
Aşağıdakı formadan istifadə edərək məqaləyə şərh yazın