Bash Script sadə əmrlər və sintaksis

Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.

Bu məqalədə sadə Bash skriptlər haqqında nümunələr paylaşacam:

Dəyişən

Mövcud olan hər bir proqramlaşdırma dilində dəyişənlər anlayışı mövcuddur - dəyərləri təyin edə, oxuya və idarə edə biləcəyimiz bir yaddaş üçün simvolik bir ad. Bash-dada bu istifadə edilir.

Qeyd edək ki, "=" işarəsi ətrafında boşluq olmamalıdır: VAR=dəyər işləyir; VAR = dəyər işləmir. Birinci halda, shell "=" simvolunu görür və əmrə dəyişən kimi baxır.

#!/bin/sh
MY_MESSAGE="Hello World"
echo $MY_MESSAGE

Shell dəyişənlərin növlərinə əhəmiyyət vermir; mətn, tam ədədləri, həqiqi ədədləri - istədiyiniz hər şeyi saxlaya bilərsiniz.

MY_MESSAGE="Hello World"
MY_SHORT_MESSAGE=hi
MY_NUMBER=1
MY_PI=3.142
MY_OTHER_PI="3.142"
MY_MIXED=123abc
Təkrarlanan əməliyyatlar Loops

Əksər dillərdə loop anlayışı var: əgər bir tapşırığı iyirmi dəfə təkrarlamaq istəyiriksə, hər dəfə bir az dəyişikliyə uğrayaraq iyirmi dəfə kodu daxil etmək istəmirik. Nəticə etibarilə Bourne shelində looplarda mövcuddur.

For Loops

Siyahı tükənənə qədər "for" dəyərlər dəsti ilə təkrarlanır:

#!/bin/sh
for i in 1 2 3 4 5
do
  echo "Looping ... number $i"
done

Nəticəsi:

Looping .... number 1
Looping .... number 2
Looping .... number 3
Looping .... number 4
Looping .... number 5
While Loops
#!/bin/sh
INPUT_STRING=hello
while [ "$INPUT_STRING" != "bye" ]
do
  echo "Please type something in (bye to quit)"
  read INPUT_STRING
  echo "You typed: $INPUT_STRING"
done

Burada nə yazılırsa yazılsın, "echo" və "read" ifadələri "bye" yazılayana qədər müddətsiz olaraq işləyəcəkdir.

Bu məqaləyə şərh yazılmayıb. İlk şərhi siz yazın.
Aşağıdakı formadan istifadə edərək məqaləyə şərh yazın